18 yaşına çatmayan şəxslər idman zallarına buraxılacaq? - RƏSMİ CAVAB

09.06.2021 11:21     Sosreaksiya     353

"Məşq zallarına gələn və idmanla məşğul olanların əksəriyyəti 18 yaşdan aşağı şəxslərdir. Təkcə şahmatçı və gimnastlar daha aşağı yaş qrupuna daxildir. 18 yaşına qədər şəxslər vaksinasiya prosesinə cəlb olunmur və onların hüquqları pozulmur. Onlar məşq zallarına rahat daxil ola bilərlər. Lakin onlar şəxsiyyəti təsdiq edən sənədi zal rəhbərliyinə təqdim etməlidirlər".

Reaksiya.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.

O əlavə edib ki, ölkə üzrə zallar açılacağı üçün uşaq gənclər idman məktbələri də fəaliyyətini bərpa edə bilər.

Reaksiya.az

Şərhlər