Lavrov yenə Qarabağda “status”dan danışdı

09.06.2021 13:00     Sosreaksiya     281

Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağda böyük insidentlər ümumiyyətlə yoxdur.

Reaksiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi bizim sülhməramlılar öz mandatını icra edirlər. Hansısa böyük insident ümumiyyətlə yoxdur. Bunu həm Bakı, həm də İrəvan etiraf edir. Ayrıca kiçik kobudluqlar kifayət qədər sürətli ləğv edilir. Bəli, Azərbaycan-Ermənistan sərhədinin ayrıca məntəqələrində gərginliklər var, amma bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur”, – deyə o bildirib.

O iddia edib ki, azərbaycanlılarla ermənilər Qarabağda yenidən ATƏT-in humanitar dəstəyi ilə yan-yana yaşamağa başlasalar, Qarabağın statusunu həll etmək asan olacaq:

“Qan axıdılması bitib, amma bizim tərəflərə təklif etdiyimizdən bir az gec bitib. Müharibənin olduğundan daha çox davam etməsi bizim günahımız deyil. Sülh daha gec əldə olundu, halbuki daha tez ola bilərdi. Biz yalnız vasitəçilər olmuşduq və tərəfləri məcbur edə bilməzdik, yalnız qan tökülməsinin mənasız olmasına çağıra bilərdik”.

Reaksiya.az

Şərhlər