Azyaşlılarda göz xəstəlikləri artıb: valideynlərə xəbərdarlıq

09.06.2021 13:18     Sosreaksiya     281

Pandemiya dövründə nəinki azyaşlılarda, böyüklərdə də göz xəstəliklərinin sayı artıb, göz xəstəliyi olanlarda isə xəstəliyin gedişatı ağırlaşıb.

Bunu Reaksiya.az-a tanınmış oftomoloq Paşa Qəlbinur pandemiya dövründə artan göz xəstəlikləri barədə danışarkən deyib.

“Koronavirus pandemiyası ilə əlaqədar insanların tibbi maskadan istifadə etməsi zamanı tənəffüsün məhdudlaşması, qapanmalar zamanı yaranan hərəkətsizlik və oturaq həyat göz xəstəliklərinin artmasına böyük təsir göstərdi. Pandemiya dövründə daha çox gözün buynuz qişasında müşahidə olunan infeksiyaların artması insanlarda görmə üçün təhlükəli olan ağır xəstəliklərə yol açdı. Onlayn dərslərə keçidlə əlaqədar azyaşlıların telefon və kompüterdən istifadəsinin çoxalması onlarda görmə qabiliyyətinin aşağı düşməsinə gətirib çıxartdı. Valideynlər uşaqların dərslərdən kənar vaxtlarda şüa mənbəyi olan telefon, tablet və kompüterdən istifadə etməməsinə nəzarəti gücləndirməlidirlər”, - deyə oftolmoloq xəbərdarlıq edib.

Reaksiya.az

Şərhlər