Bələdiyyə sədri maskaya görə cərimələndi

09.06.2021 15:59     Sosreaksiya     83

Ağsu rayon Gəgəli kənd bələdiyyəsinin sədri Fariz Xəlilli cərimə olunub.

Reaksiya.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə F.Xəlillinin özü məlumat yayıb.

O bildirib ki, mayın 24-də Ağsu şəhərində yerləşən Heydər Əliyev parkının giriş hissəsində olarkən qoruyucu tibbi maskanı maşında unudub:

“Geri qayıdıb maşına doğru hərəkət edən zaman polis əməkdaşı məni yanına çağırdı. Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi”.

Bələdiyyə sədri qeyd edib ki, daha sonra polis əməkdaşı onu Ağsu Rayon Polis Şöbəsinə aparıb:

“Şöbədə İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə protokol tərtib edildi. Ağsu Rayon Məhkəməsinin qərarı ilə bu maddələrlə təqsirli bilindim və 535.1 maddəsi ilə 200 manat məbləğində cərimələndim”.

F.Xəlilli özünü təqsirli bilmədiyini söyləyib.

Reaksiya.az

Şərhlər