Nazirlik bu ölkəyə gedən vətəndaşlarımıza xəbərdarlıq etdi

10.06.2021 12:18     Sosreaksiya     354

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Reaksiya.az-a bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

Məlumatda qeyd olunub ki, Azərbaycanın Küveytdəki səfirliyindən daxil olmuş məlumata əsasən, Küveyt Hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq:

"Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib".

Reaksiya.az

Şərhlər