TƏCİLİ: Düşmən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

11.06.2021 17:05     Sosreaksiya     424

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə Reaksiya.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Reaksiya.az

Şərhlər