Kəlbəcərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb

12.06.2021 13:36     Sosreaksiya     355

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reaksiya.az -a verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisinə daxil olmaq istəyən 5 nəfər saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə dəvət olunublar. Onlarla profilaktiki söhbətlər aparılıb, gizlədilmə ehtimalı olan mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib. 

Həmin şəxslər barəsində inzibati qaydada tədbir görülüb.

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər