Bakı polisindən ƏMƏLİYYAT: Gecə saatlarında 60 NƏFƏR SAXLANILDI

13.06.2021 12:01     Sosreaksiya     420

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Lido" restoranında qanunsuz toy keçirilməsi faxtı aşkarlanıb.

Reaksiya.az Manşet.az-a istinadən bildirir ki, adıçəkilən restoranda Binəqədi rayon polis idarəsinin əməkdaşları əməliyyat keçirib. Əməliyyat zamanı restoranın rəhbərliyi, toyun sahibləri və 60 nəfər toy iştirakçısı saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər