Kürdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi

14.06.2021 09:48     Sosreaksiya     289

Bu gün Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində rayon sakini batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxs xilas olunub.

Reaksiya.az

Şərhlər