Nazirlik əlilliklə bağlı daha bir iddiaya aydınlıq gətirdi

14.06.2021 11:27     Sosreaksiya     303

Əlilliyin qiymətləndirilməsi qaydalarında 2015-ci ildə dəyişiklik aparıldığı, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayının azaldıldığı barədə yayılan məlumatlar tam əsassızdır.

Bu barədə Reaksiya.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, əlilliyin qiymətləndirilməsi qaydalarında belə bir dəyişiklik, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayında heç bir azalma olmayıb:

“Əksinə, Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23-ü əlavə edilib. Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır”.

Reaksiya.az

Şərhlər