Bu marşrut avtobusu da kart sisteminə keçir

14.06.2021 12:50     Sosreaksiya     372

Sabahdan Bakıda 76 nömrəli marşrut xətti (“Neftçilər” m/s – "Bakıxanov" dəmiryolu stansiyası) üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kartla ödəniləcək.

Reaksiya.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Sabunçu rayonu, Nizami rayonu və Suraxanı rayonları ərazisində aşağıda qeyd olunan ünvanlardakı OBA marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Eldar Xəlilov küç., (Sabunçu ray.,)

Sülh küç., (Sabunçu ray.,)

Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.,)

X.Xasməmmədov 78A (Bakıxanov qəs.,)

Nazim İsmayılov 7 (Bakıxanov qəs.,)

Əzim Əzimzadə 34/64 (Nizami ray.,)

Sakit Qocayev küç. (Suraxanı ray.,)

Reaksiya.az

Şərhlər