Suda batan iki nəfərin meyiti tapıldı, ikisi axtarılır

14.06.2021 13:22     Sosreaksiya     321

Suda batan iki nəfərin meyiti tapılıb, ikisi axtarılır.

Fövqəladə Hallar Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti və Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması ilə əlaqədar dalğıc-axtarış qrupu axtarış işlərini davam etdirir.

Reaksiya.az

Şərhlər