Metroda problem yarandı: Qatarın hərəkəti ləngidi

14.06.2021 15:08     Sosreaksiya     339

Bakı Metropolitenində qısamüddətli gərginlik düşməsi olub.

Reaksiya.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, nəticədə metronun "28 may"-"Gənclik" istiqamətində 30 saniyə gecikmə olub:

"Gərginlik qəfil düşdüyündən həmin istiqamətdə tuneldə olan qatarın hərəkəti ləngiyib. Təxminən 30 saniyədən sonra gərginlik tənzimlənib və problem aradan qaldırılıb".

B. Məmmədov bildirib ki, hazırda qatarların hərəkət qrafikində gecikmə yoxdur, qrafik tam normal qaydasındadır.

Reaksiya.az

Şərhlər