Sədat Pekər Yutub videolarından nə qədər qazana bilər?

15.06.2021 13:59     Sosreaksiya     314

Bir neçə müddətdir ki, mafiya başçısı Sədat Pekərin paylaşdığı videolar izlənmə rekordları qırır.

Reaksiya.az xəbər verir ki, onun Yutub kanalının 1,12 milyon izləyicisi var. Kanalda bu günə qədər ümumilikdə 361 video yerləşdirilib.

Pekerin kanalda son videolarına 12-17 milyon arası baxış gəlir. Ümumi baxış sayı isə 160 milyonu ötür.

Lakin kanalın pul qazanma funksiyası işə düşməyib. Əgər ehtimalları nəzərə alsaq, kanal bu günə qədər Pekərə 220.000 dollar vəsait qazandıra bilərdi.

Mənbələrin yazdığına görə isə Pekərin orta aylıq gəliri 20-50 min dollar arasında dəyişir.

Reaksiya.az

Şərhlər