Əhaliyə göstərilən ödənişli xidmətlərdən gəlirlər azalıb

15.06.2021 17:45     Sosreaksiya     314

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azalaraq 2 949 milyon manat olub.

Bu barədə Reaksiya.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hüquqi şəxslər əhaliyə 2 232,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,7 %-ni təşkil edib.

5 ay ərzində hər bir ölkə sakini orta hesabla 294,7 manatlıq və yaxud illik müqayisədə nominal ifadədə 7,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar