Füzuli Hava Limanında ilk sınaq uçuşu... - Açıqlama

16.06.2021 12:04     Sosreaksiya     53

Füzuli Hava Limanında ilk sınaq uçuşu bu ilin sentyabrın 5-də baş tutacaq.

Reaksiya.az xəbər verir ki, bu sözləri AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov bildirib. O qeyd edib ki, biz yanvar ayının 14 də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb:

"Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintiainin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. İtaliya istehsalı olan dam örtükləri Artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

Valeh Əmiraslanov bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır.

İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdılrması isə bu ayın sonuna planlaşdırılır. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar