Ağacların gövdəsi süni örtükdən təmizləndi

16.06.2021 14:08     Sosreaksiya     362

Sumqayıt şəhəri, “Spartak” mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 şam ağacının gövdəsinin stadionun işçiləri tərəfindən bəzək məqsədilə süni örtüklə örtüldüyü müəyyən edilib. Mütəxəssislər tərəfindən keçirilən baxış zamanı ağacların bioloji inkişafda olduğu məlum olub.

Xidmətin əməkdaşlarının nəzarəti altında stadion işçiləri tərəfindən ağacların gövdəsi süni örtükdən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.

Reaksiya.az

Şərhlər