Vətən müharibəsi qazisi şəhid oldu

16.06.2021 14:54     Sosreaksiya     273

12 gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub.

Reaksiya.az xəbər verir ki, Zeynal Şahhüseynov ötən həftə Bakıya gətirilib və bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub.

Xatırladaq ki, şəhid müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanmışdı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar