Ərdoğan Şəhidlər xiyabanını və “Türk Şəhidliyi”ni ziyarət etdi

16.06.2021 17:13     Sosreaksiya     369

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Milli Məclisdən çıxdıqdan sonra Şəhidlər Xiyabanını ziyarət etdilər.

Reaksiya.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ziyarətinin ardınca Prezident və digər dəyərli qonaqlar Türk Şəhidliyinin ziyarətində oldular. 1918-ci ildə Azərbaycan uğrunda canlarından keçmiş qəhrəman qardaşlarımızın adı yazılmış lövhələr üzərinə qərənfillər düzən R.T.Ərdoğan onların ruhuna dualarını dilə gətirdi.

Ərdoğan daha sonra Türkiyədən olan rəsmilərlə və mətbuat nümayəndələri ilə şəkillər çəkdirdi.

Reaksiya.az

Şərhlər