Sərhəd zonasında yollar təcili düzəldilsin - Ekspert

17.06.2021 11:12     Sosreaksiya     280

Sərhəd zonasında, xüsusən də yüksək dağlıq yerlərdə yolların vəziyyəti təcili surətdə yaxşılaşdırılmalıdır.

Reaksiya.az xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov bu barədə çağırış edib.

“Laçın rayonunun cənubunda Dövlət Sərhəd Xidmətinin hərbçilərinin yol qəzasında həlak olması çox üzücü xəbər oldu. Belə itkilərin baş verməməsi üçün sərhəd zonasında, xüsusən də yüksək dağlıq yerlərdə yolların vəziyyəti təcili surətdə yaxşılaşdırılmalı, sürücülərin peşakarlığına və texnikanın sazlığına yüksək diqqət yetirilməlidir”, - ekspert vurğulayıb.

Qeyd edək ki, iyunun 16-da DSX-nin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobilinin yol kənarındakı dərəyə düşməsi nəticəsində həlak olublar.

Reakisya.az

Şərhlər

Çox oxunanlar