Bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər - VİDEO

18.06.2021 10:13     Sosreaksiya     377

Müəyyən ölkələrə və qapalı məkanlara getmək üçün ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Toyların da yaxın zamanlarda açılacağı gözlənilir. Həmin vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək.

Reaksiya.az xəbər verir ki, bu sözləri ARB24-də yayımlanan "İş vaxtı?" verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.

"Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir. Bu şəxslərin toylara gedə bilməsi üçün ayrıca sertifikat işlənilməlidir və bu, müddətsiz olmalıdır. Çünki insanda hər hansı xəstəlik varsa, bu, 6 ay sonra sağalmayacaq. Bu şəxslər üçün 6 ay sonra da vaksinasiya əks göstərişdir", - deyə həkim əlvə edib.

Qeyd edək ki, koronavirus infekasiyasına qarşı vurulan vaksinlər Azərbaycanda insanlara COVID-19 pasportu almağa imkan verir. COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Koronavirusa yoluxmuş və sağalmış şəxslərin bu pasportu alması daha asan başa gəlir. Belə ki, yoluxması barədə rəsmi qeydiyyatı olan şəxslərin immunitet sertifikatı əldə etməsi sadə prosedur tələb edir.

Reaksiya.az

Şərhlər