Sabah Bakıda marşrutlar işləyəcək? - RƏSMİ

18.06.2021 12:43     Sosreaksiya     343

Şənbə günü Bakıda sərnişin marşrutları fəaliyyətini yenidən dayandıracaq.

Bu barədə Reaksiya.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Əvvəlcədən də məlumat verildiyi kimi, 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımalar adi rejimdə yerinə yetiriləcək.

Reaksiya.az

Şərhlər