"Zorlu Holdinq"lə saziş bağlandı: yeni iş yerləri... - Nazir

18.06.2021 16:35     Sosreaksiya     363

Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holdinq”lə Anlaşma Memorandumu imzalanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, qardaş ölkə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək:

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar