Akademik Ramiz Məmmədovu kim əvəz edəcək?

21.06.2021 11:07     Sosreaksiya     294

Coğrafiya İnstitutuna yeni direktor təyinatı olmayıb.

Bunu Reaksiya.az-a AMEA-nın mətbuat xidmətinin rəhbəri Leyli Nazimqızı deyib.

O bildirib ki, akademik Ramiz Məmmədovun ölümündən sonra onun yerinə kimin təyin olunacağı barədə hələ ki, yenilik yoxdur.

Qeyd edək ki, Coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iyun ayında vəfat edib.

Xatırladaq ki, yaxın günlərdə AMEA-nın rəhbəri Ramiz Mehdiyev 5 instituta baş direktor təyin edib.

Reaksiya.az

Şərhlər