Bakı həm də mədəniyyətsizliklə üzə çıxır - Deputat

22.06.2021 11:59     Sosreaksiya     269

Bakı gözəlləşir, modern üslublu binalar tikilir. Xaricdən gələn qonaqlardan bunu qeyd edir, əvvəlki səfərləri ilə müqayisədə inkişaf etdiyini qeyd edirlər. Elə sakinlərimiz də bunu bildirirlər. Ancaq Bakı həm də mədəniyyətsizliklə üzə çıxır.

Reaksiya.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O, ötən gün Yasamal massivində yanğın baş verdiyini, bir neçə insanın evinin yandığını xatırladıb:

“Ancaq yanğınsöndürənlər əraziyə daxil ola bilmədi. Çünki evlər elə sıx tikilib ki, avtomobil ora daxil ola bilmir. Əgər təcili tibbi yardım avtomobilinin xəstənin vaxtında xəstəxanaya çatırması üçün yol infrastrukturu yoxdursa, bu barədə ciddi düşünmək lazımdır”.

Pilot layihələr haqqında da danışan deputat bildirib ki, insanlar narahatdır:

“Onlar 3-4 il ərzində kirayədə qalır, amma binalar tikilib başa çatmayıb. İş adamından bu haqda soruşanda verdiyi rüşvətləri qeyri-rəsmi səsləndirir və insan dəhşətə gəlir. Eyni zamanda binalar elə tikilməlidir ki, insan sağlamlığına xidmət etsin. Sabah orada bir hadisə baş verəndə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri ora daxil ola bilməlidir”.

Reaksiya.az

 

Şərhlər