Artıq Türkiyə də bu prosesin içindədir - Deputat

22.06.2021 12:02     Sosreaksiya     254

100 il əvvəl Qars müqaviləsi imzalandı. Bu müqavilə Naxçıvan torpaqlarının Azərbaycan ərazisi kimi qorunmasında əhəmiyyətli oldu. 100 il sonra Şuşa bəyannaməsi imzalandı. Bu tarixi əhəmiyyət kəsb edir.

Reaksiya.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisdə çıxışı zamanı deyib.

O xatırladıb ki, Türkiyə ilə Azərbaycan münasibətlərində qardaşlıqdan irəli gələn müttəfiqlik sazişi bağlamaq istəyimizi mətbuatda dəfələrlə ifadə edirdik:

“Hərbi ittifaqlıq və müttəfiqlik artıq təsbit olundu. Belə müddüaların bəyannamədə ifadə edilməsi bizim gücümüzü artırır. Bu güclü olan ordumuzu daha da gücləndirəcək”.

Ağamalı ikinci mühüm məqam kimi vaxtı ilə türk dövlətləri və xalqlarının coğrafi bağlantısı olan Zəngəzirun ağrısını çəkməyimizi qeyd edib:

“Artıq Türkiyə də bu prosesin içindədir”.

Reaksiya.az

Şərhlər