Silahlı Qüvvələrin hərbi qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib

24.06.2021 12:02     Sosreaksiya     274

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçuları “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Reaksiya.az

Şərhlər