Şəhidimiz dəfn olundu

25.06.2021 12:05     Sosreaksiya     458

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.

Reaksiya.az xəbər verir ki, Vətən müharibəsi qazisi, kiçik çavuş Ruslan Mustafa oğlu Kazımov iyunun 24-də evində vəfat edib.

R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.

Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

***

Şəhidimiz dəfn olunub.

Mərhum doğulduğu Ağstafa rayon Kolxəlifə kəndinin qəbristanlığında torpağa tapşırılıb.

Dəfndə qazinin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.

Allah rəhmət eləsin!

Reaksiya.az

Şərhlər