Vilayət Eyvazov işdən çıxardığı DYP rəisinə - VƏZİFƏ VERDİ

28.06.2021 12:29     Sosreaksiya     335

Astara rayon Dövlət Yol Polisi bölməsinin sabiq rəisi, polis mayoru İlqar Rəhimzadəyə yeni vəzifə verilib.

Reaksiya.az unikal.org - a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, İ.Rəhimzadə Lənkəran şəhərində yerləşən 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ("MERO") inspektoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, ötən ay Astara DYP-nin rəisi vəzifəsindən azad edilmişdi.

Reaksiya.az

Şərhlər