Binədə salfet sexi yanır

28.06.2021 14:31     Sosreaksiya     347

Binə qəsəbəsində nəm salfetlərin istehsalı sexində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Reaksiya.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetlərin istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Reaksiya.az

Şərhlər