Qarabağda 13 hidroloji məntəqə açılacaq

30.06.2021 10:55     Sosreaksiya     256

Yaxın gələcəkdə Qarabağda 13 hidroloji məntəqənin açılması planlaşdırılır.

Reaksiya.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu məntəqələrdə ən müasir avtomat stansiyalar quraşdırılacaq:

"Bu da bizə onlayn şəkildə çaylarda olan vəziyyəti qiymətləndirməyə və planlaşdırmanı düzgün aparmağa imkan yaradacaq".

Reaksiya.az

Şərhlər