Bu yollarda tıxac var

30.06.2021 10:56     Sosreaksiya     286

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt daxilində sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Reaksiya.az siyahını təqdim edir:

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti),

Heydər Əliyev prospekti – Köməkçi yol - (Koroğlu metro stansiyasının qarşısından, Şəhər mərkəzi istiqamətində),

Binəqədi şosesi – (əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində),

Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti),

Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində),

Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində),

Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində),

Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti)

Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Qələbə dairəsi istiqamətində)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar