Elektron qolbaq daşıyan şəxsin evindən narkotik çıxdı

30.06.2021 11:14     Sosreaksiya     330

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Reaksiya.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik vasitələri əkib-becərməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 130 qram olan 14 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Qeyd edək ki, Ə.Rəhimov azaldığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq həmin şəxs analoji cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən yenidən saxlanılıb.

Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Reaksiya.az

Şərhlər