DGK-dan Ordumuza daha bir dəstək

30.06.2021 11:58     Sosreaksiya     325

Dövlət Gömrük Komitəsi Müdafiə Nazirliyinə xeyli miqdarda qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verib.

Komitədən Reaksiya.az-a verilən məlumata görə, müvafiq məhkəmə qərarları ilə dövlət nəfinə müsadirə edilən və dövlət xeyrinə imtina olunan, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən xeyli miqdarda qeyri-ərzaq məhsulları, habelə 16 533 ədəd dərman preparatları və tibbi ləvazimatlar Müdafiə Nazirliyiə təhvil verilib.

Reaksiya.az

Şərhlər