Hərbi pilotlarımız Türkiyə səmasında

30.06.2021 16:23     Sosreaksiya     276

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv edib və havada üstünlüyü təmin etməklə onun yerüstü hədəflərinə aviazərbələrin endirilməsi üzrə tapşırıqları uğurla icra edib.

Reaksiya.az

Şərhlər