Siqaret çəkmək intihar riskini artırır

01.07.2021 11:26     Sosreaksiya     331

Siqaret çəkməklə intihara meyillilik arasında müəyyən əlaqə var.

Reaksiya.az xəbər verir ki, bu barədə “International Journal of Environmental Research and Public Health” jurnalının araşdırmasında deyilir.

Araşdırmaya görə, siqaret çəkmək intihar riskini 2,5 dəfə artırır. Lakin insan siqaret çəkməyi buraxarsa, bu nisbət azalır. Siqaret çəkənlərdə intihara meyillilik ehtimalı 1,84 dəfə, siqareti buraxanlarda isə 1,35 dəfə çoxdur.

“COVİD-19 pandemiyası zamanı aparılan müşahidələr göstərir ki, siqaret çəkən qadınların intihar riski siqaret çəkən kişilərə nisbətən daha yüksəkdir”, - deyə qeyd olunur.

Alimlərin fikrincə, tütünlə intihar arasındakı əlaqənin mümkün bioloji izahlarından biri də nikotinin mərkəzi sinir sisteminə təsiri ola bilər. Nikotin beyin duyğularının meydana gəlməsində iştirak edən hissənin - hipokampustakı serotonin səviyyəsini aşağı salır.

Reaksiya.az

Şərhlər