Oxçuçayın çirkləndirilməsinə qarşı aksiya keçiriləcək

02.07.2021 13:17     Sosreaksiya     363

Avropada yaşayan azərbaycanlılar Oxçuçayın çirkləndirilməsinə qarşı aksiya keçirəcəklər.

Reaksiya.az xəbər verir ki, bu barədə xaricdə yaşayan həmvətənlərimiz məlumat yayıb.

Bildirilir ki, Almaniyaya məxsus “Cronimet Holding” şirkətinin Ermənistanda olan filialı kimyəvi tullantıları Araz çayının sol qolu olan Oxçuçayına axıdır:

“Oxçuçayı Azərbaycan ərazisində yerləşdiyinə görə, ölkəmizin flora və faunasına böyük zərər vurulur. Buna qarşı etiraz aksiyaları keçirəcəyik”.

Qeyd edək ki, Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.

Reaksiya.az

Şərhlər