Milli Məclisdə qiymət artımına SƏRT ETİRAZ: Aztəminatlı ailələr, pensiyaçılar...

02.07.2021 16:21     Sosreaksiya     369

“Qiymətlər qalxır, qazın qiyməti də qalxıb. Çalışırıq ki, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir”.

Reaksiya.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili pensiyaçıları düşünməyin vacibliyini vurğulayıb: “Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar