Bakıda mərmi aşkar edildi - FOTO

02.07.2021 16:31     Sosreaksiya     416

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Lokomotiv deposunun ərazisində polis əməkdaşı tərəfindən mərmi aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən tapılan sursatın döyüş tətbiqinə yararlı bir ədəd 23 mm-lik zenit mərmisi olduğu müəyyən edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən müvafiq qaydada ərazidən götürülüb.

Hadisə yerinə və ətraf əraziyə təkrar baxış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

 

 

Şərhlər