Nəsib Quliyev vəzifəsindən azad edildi - Yerinə bu həkim gətirildi

02.07.2021 16:53     Sosreaksiya     433

Səhiyyə Nazirliyinin baş pediatrı dəyişdirilib.

Reaksiya.az xəbər verir ki, bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tibb elmləri doktoru, professor Nəsib Quliyev baş pediatr vəzifəsindən azad olunub.

T.Musayevin digər əmri ilə “İnternational Medical Center Bakı” MMC-nin "Baku Medical Plaza Klinikası" nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov baş pediatr vəzifəsinə təyin olunub.

 

Şərhlər