Nabranda iki nəfər dənizdə boğuldu

05.07.2021 11:11     Sosreaksiya     329

Xaçmaz rayonunun Nabran kəndi ərazisində iki nəfər dənizdə çimərkən boğulub.

Reaksiya.az xəbər verir ki, dənizdə boğulanlar Quba rayonunun Aşağı Atuc kənd sakinləri Talıbov Naib Nadir oğlu və Hüseynov Nemət Sarvan oğludur.

Hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar