BDU Vətən müharibəsi iştirakçısına diplom vermir

05.07.2021 12:45     Sosreaksiya     319

Vətən müharibəsi iştirakçısı, Bakı Dövlət Universitetinin 2019-cu il məzunu Vüsal Mahir oğlu Qarayev kəsirləri olduğu üçün diplom ala bilməyib. Bu səbəbdən V.Qarayev həqiqi hərbi xidmətə yollanıb. Xidmət müddəti zamanı Vətən müharibəsi başladığı üçün 1,6 il deyil, 2 il xidmətdə olub.

Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə Laçının və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Bu barədə Reaksiya.az-a danışan V.Qarayev bildirib ki, psixoloji və maddi vəziyyəti yenidən universitetə qayıtmağa imkan vermir:

“Anam qızıl yel xəstəsidir. Atam yoxdur. İşləmək üçün diplom almalıyam. Lakin nə maddi vəziyyətim, nə də müharibədən sonra davam edən psixoloji gərginliyim universitetə qayıtmağıma imkan verir. Müharibədən sonra Laçın rayonunda 7 ay xidmətdə oldum. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdən diplomumu almaqda köməklik göstərməyini xahiş edirəm”.

Qeyd edək ki, BDU-ya V.Qarayevin problemi ilə bağlı saytımız tərəfindən sorğu göndərilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar