Xəzərdə güclü zəlzələ gözlənilir - Rəsmi

05.07.2021 14:51     Sosreaksiya     296

Bakı və Abşeron üçün zəlzələ təhlükəsi Xəzər dənizindədir. Texnologiyanın böyük inkişafına baxmayaraq, qısamüddətli proqnoz vermək 100 illər sonra mümkün olacaq.

Reaksiya.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Q.Yetirişli deyib ki, təcrübədə proqnozların doğurlması var:

“2012-ci ildə mayın 9-da cənab Prezident 7 may zəlzələsilə bağlı Zaqatalada müşavirə keçirəndə bildirdim ki, növbəti güclü zəlzələ Balakəndə olacaq. Zəlzələ də oktyabrın 14-də oldu. Mən vaxtı bilmirdim. Yaxud Bakı zəlzələsilə bağlı hələ apreldən məlumat vermişdik ki, Xəzərdə güclü zəlzələ gözlənilir. Amma bunu ictimaiyyətə açıqlaya bilməzdik, açıqlasaydıq, dünya, aləm qarışardı”.

Reaksiya.az

Şərhlər