Bakıda 28 nəfəri gün vurdu

05.07.2021 16:48     Sosreaksiya     333

İyunun 30-dan iyulun 5-dək 28 nəfəri gün vurub.

Bu barədə Reaksiya.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Günvurma zamanı 6 nəfərə yerində yardım göstərilib. Onlardan 1-i uşaq olub. Eyni zamanda 3 nəfər hospitalizasiya olunub.

Reaksiya.az

Şərhlər