Ucarda bədbəxt hadisə: ölən var

07.07.2021 10:50     Sosreaksiya     321

Ucar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Reaksiya.az xəbər verir ki, hadisə ötən axşam rayonun Müsüslü kəndində olub.

Kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayevi elektrik cərəyanı vurub və o, dünyasını dəyişib.

3 uşaq atası olan N.Ağayev su nasosu ilə həyətyanı sahəni suvarmaq istəyib. Nasazlıq olub, nasosun naqillərini düzəltmək istəyərkən ehtiyatsız davranıb və onu elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər