Sərhədçilərə orden və medallar təqdim edildi

07.07.2021 12:18     Sosreaksiya     253

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına təltif olunduqları orden və medallar verilib.

Reaksiya.az xəbər verir ki, orden və medallar DSX-nin Vətən müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimində təqdim edilib.

Belə ki, Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Suqovuşanın, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının, Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş sərhədçilərə orden və medallar təqdim olunub.

Reaksiya.az

Şərhlər