Ölkəmizdə bu vaksin üçün növbədir - Səbəb

07.07.2021 14:34     Sosreaksiya     336

"Pfizer" vaksininin vurulması Azərbaycanda sadəcə 2 mərkəzdə həyata keçirildiyindən növbələr yaranır.

Reaksiya.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, millət vəkili Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, "Pfizer" m-RNA texnologiyalı vaksin olduğundan soyuq zəncirləmə sistemində təhlükəsizlik tam yüksək səviyyədə təmin edilməlidir:

"Bunu ölkəmizə hələ ki, 2 mərkəzdə həyata keçirə bilirik. Söhbət vaksinin təkcə ölkəmizə gətirilməsindən getmir. Bu növ vaksinlərin -76 dərəcəli soyuq zəncirləmə sistemində saxlanılmasında texnologiya ilə yanaşı insan resursuna da ehtiyac var. Yaxın gələcəkdə bu mərkəzlərin sayının artırılması ilə bağlı lazımi addımlar atılır. Amma hər kəsə məlumdur ki, bu gün hər 4 vaksinin ölkəmizdə istifadəsi ilə əlaqədar könüllülük prinsipi həyata keçirilir".

Reaksiya.az

Şərhlər