TƏBİB yoxlamalara başladı

07.07.2021 16:16     Sosreaksiya     317

Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən Təcili Yardım Şöbələrinin (TYŞ) struktur və fəaliyyətlərinin standartlara uyğunlaşdırılması məqsədi ilə regionlar üzrə monitorinqlərə başlanılıb.

TƏBİB-dən Reaksiya.az-a verilən məlumata görə, ilkin olaraq qurumun aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Qusar, Quba, Şabran, Siyəzən, Xızı Rayon Mərkəzi Rayon Xəstəxanalarında yoxlamalar aparılıb.

Eyni zamanda müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirilmələr əsasında təcili tibbi xidmətin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.

Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.

Reaksiya.az

Şərhlər