Ucarda “Mersedes”lə “Şaqman” toqquşdu: 5 ölü

09.07.2021 11:46     Sosreaksiya     427

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən Reaksiya.az-a bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mersedes” markalı mikroavtobus ilə “Şaqman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəza zamanı 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Reaksiya.az

Şərhlər