Milli Məclis əsassız vəsatət verən vəkillərin cərimələnməsinə razılıq verdi

09.07.2021 11:58     Sosreaksiya     338

Milli Məclisin növbəədnkənar sessiyasının iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Reaksiya.az-ın məlumatına əsasən, layihədə Məcəlləyə yeni - 174.5-ci maddə əlavə edilir.

Yeni maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib

Reaksiya.az

Şərhlər